Sosial

Azərbaycanlı "qanuni oğru" tutuldu

Metbuat.az

Rus xüsusi təyinatlıları Moskva vilayətində Tolik Noqinski kimi tanınan azərbaycanlı "qanuni oğru" Taleh Dağlıyevi saxlayıb.



ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatı "Bulat" xüsusi təyinatlıları həyata keçirib.



Baxış keçirərkən Taleh Dağlıyevin üstündən darağında 3 güllə olan Amerikan tapançası götürülüb. Tolik Noqinskiyə "qanunsuz silah saxlama" maddəsilə cinayət işi açılıb.



Qeyd edək ki, Taleh "qanuni oğru" titulunu ötən ilin sentyabrında alıb.

Mənbə
ANS PRESS