Şou

Azərbaycanlı müğənnini döyən həbs edildi

Metbuat.az

“Yeni ulduz” müsabiqəsinin qalibi, müğənni

Vüqar Muradov

un Moskvada səkkiz nəfər tərəfindən döyülməsi olayı ilə bağlı bir nəfər həbs olunub.



Milli.Az xəbər verir ki, bu barədə

aznews.az

-a müğənni Vüqar Muradov bildirib.



“3-4 günə bu haqda geniş məlumat veriləcək. Yəqin ki, hadisənin o biri iştirakçıları da həbs ediləcəklər”, - deyə müğənni vurğulayıb.



“Həbs olunan şəxsin kimliyi məlumdurmu?” sualına V.Muradov belə cavab verib: “Əfsuslar olsun ki, azərbaycanlıdır. Ümimiyyətlə, o insanların hamısı soydaşımızdır”.



Qeyd edək ki, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb.



Müğənni qeyd edib ki, o, həmkarı

Fidan Süleymanova

nın sifarişilə döyülüb: “Başıma gələn hadisənin arxasında adıçəkilən xanım durur”.



Fidan Süleymanova isə deyib ki, Vüqar Muradov günahsız yerə onu şantaj edir: “Vüqar bu addımına görə qanun qarşısında cavab verəcək”.



Milli.Az