Şou
Azərbaycanlı müğənni hərbi xidmətə yollanıb
Müğənni Orxan Babazadə hərbi xidmətə yollanıb.
Bu haqda ifaçı hərbi hissəyə yollanmazdan əvvəl Axşam.az-ın əməkdaşı ilə söhbətində deyib:
“Bir il ərzində mediada görünməyəcəm. Buna baxmayaraq, kliplərim efirlərdə yayımlanacaq. Vətənimi çox sevirəm. Azərbaycanın hər qarış torpağı üçün vuruşmağa hazıram. Hər bir azərbaycanlı kimi mən də vətən borcumu yerinə yetirməyə yollanıram. Həmyaşıdlarıma demək istəyirəm ki, hamımız əsgərliyə getməliyik. Hərbi xidmətdən qayıdandan sonra sənətimi davam etdirəcəm. Fəxr edirəm ki, Azərbaycan əsgəriyəm”.
Qeyd edək ki, O.Babazadə Kiyev Dövlət Universitetinin “Beynəlxalq əlaqələr” fakültəsini bitirib.