Azərbaycanlı modelyerin yaz-yay kolleksiyası (FOTO)
Azərbaycanlı modelyer Fikrət Əliyev yeni kolleksiyasını təqdim edib. ANS PRESS-in məlumatına görə, kolleksiyada yaz-yaz geyimləri nümayiş olunub.
Yeni kolleksiyası haqqında açıqlamasında modelyer bunları deyib: “Qış mövsümü artıq başa çatdı, dünya modelyerləri yeni yaz-yay kolleksiyalarını təqdim etməyə başlayıblar və mən də yeni əl işlərimi moda sevərlərlərin ixtiyarına buraxdım. Bildiyimiz kimi, yazın gəlişilə insanlarda bir canlanma olur. Bu da özünü geyimdə, ayaqqabıda, çantada burüzə verir. Artıq xanımlarımız cansıxıcı qış geyimlərindən sonra rahat gözoxşayan, cəlbedici geyimlər üstünlük verilməlidir. Bu yaz geyimlərdə şux gözoxşayan rənglər trend olacaq. Mən də yeni kolleksiyamda rəngarəngliyə üstünlük verdim”.
Fikrət Əliyev yeni mövsümün rənglərindən və geyimlərindən söz açıb: “Onu da qeyd edim ki, bu il xanımların geyimlərində şax parçalar, böyük güllərdən donlar, ətəklərə dəb olacaq. Dizdən aşaqı bol ətəklər ön plana çıxacaq. Rəngli pencəklər də yazda aktual olacaq. Bu ilin əsas rəngləri bordo, boz və pastel tonlarıdır. Gecə qiyafətlərində isə qırmızı rənglər üstünlük təşkil edəcək. Bir də hər zaman olduğu kimi dəb aləmində qara öz liderliyinin saxlayacaq”.
Qeyd edək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer Fikrət Əliyev xarici ölkələrdə də öz geyim kolleksiyaların təqdim edib. Modelyerin məqsədi Azərbaycan brendini beynəlxalq aləmdə təbliğ etməkdir.
ANS PRESS