Şou

Azərbaycanlı model Türkiyədə filmə çəkilir (FOTO)

Metbuat.az

Azərbaycanlı model Əli Zahirli bu il Cənubi Koreyanın paytxatı Seul şəhərində keçirilən dünyanın bir nömrəli oğlan yarışlarının siyahısında olan "Mister İnternational -2015" beynəlxalq müsabiqəsində iştirak edib.



Bu haqda ANS PRESS-ə tanınmış təşkilatçı Aqil Məmiyev xəbər verib.



O bildirib ki, Əli Zahirli yarışmada milli geyimə görə ilk beşliyə düşərək, "BEST NATİONAL COSTUME" tituluna layiq görülüb.



Müsabiqənin qalibi Fillipinli olub.



Onu da qeyd edək ki, Əli Zahirli hal-hazırda Türkiyədə yeni çəkiləcək filmin kastinqindən keçərək filmin ilk çəkimlərinə hazırlaşır. Sözügedən ekran işi melodrama janrında çəkiləcək.

















Mənbə
ANS PRESS