Şou

Azərbaycanlı model Koreyada parladı, filmə dəvət aldı - FOTO

Metbuat.az
Azərbaycanlı model Əli Zahirli Cənubi Koreyanın paytaxtı Seulda keçirilən, dünyanın bir nömrəli oğlan yarışlarının siyahısında olan "Mister İnternational-2015" beynəlxalq müsabiqəsində iştirak edib.

Bu haqda Milli.Az-a təşkilatçı Aqil Məmiyev məlumat verib.

O bildirib ki, Əli Zahirli yarışda milli geyimə görə ilk beşliyə düşərək, "BEST NATİONAL COSTUME" tituluna layiq görülüb.
 
Müsabiqənin qalibi Filippin təmsilçisi olub. Münsiflər heyətində daha bir azərbaycanlı, World Beauty Congress-in prezdenti Zamir Hüseynov da yer alıb.

Əli Zahirli hal-hazırda Türkiyədə filmə dəvət alıb, kastinqdən keçib, çəkilişlərə hazırlaşır. Ekran işi melodrama janrında olacaq.

Milli.Az