Mədəniyyət

Azərbaycanlı aktyorlar Türkiyədə

Metbuat.az
Sumqayıt Dövlət Dram Teatrı aprelin 11-də Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi 7-ci "İnadına" teatr festivalina yola düşəcək.

Teatrın mətbuat xidmətindən

Milli.Az

-a verilən məlumata görə, festivalda Azərbaycanı təmsil edəcək Sumqayıt Dövlət Dram Teatrı Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşu teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmova məxsusdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov oynayırlar. Festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.



Milli.Az