Sosial
Azərbaycanla İran arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO
[ 20 Aprel 2015 19:04 ]
Bakı - APA. Müdafiə sənayesi naziri Yavər Camalov aprelin 20-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, Y. Camalov Azərbaycanla İran arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.