Sosial
Trend
Milli.Az
Azərbaycanın öz mətbəx brendi olacaq
Azərbaycan milli mətbəxi brendini təqdim edəcək. Artıq yeni brend patentləşib.
Trend
-in məlumatına görə, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevjurnalistlərə bildirib ki, Azərbaycan milli mətbəxi brendini Avropa Oyunları zamanı və oyunlardan sonra təqdim edəcək.
Nazir bildirib ki, yeni brend ilkin mərhələdə bir neçə oteldə, daha sonra isə bütün otellərdə tətbiq olunacaq: "Azərbaycanda keçirilən tədbirlər və idman yarışları zamanı yeməkxanalarda təqdim edilən milli xörəklərimiz ölkəmizə gələn turistlərin çox xoşuna gəlir. Ümidvaram ki, otellər bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyi olacaq. Nazirlik otellərə Azərbaycan mətbəx nümunələrini turistlərə təqdim etməyi tövsiyə edəcək”.
Milli.Az