İqtisadiyyat
Azərbaycandakı hotellər üçün "səhər yeməyi" brendi patentləşdirilib
Nazirin sözlərinə görə, Azərbaycan Avropa Oyunları zamanı və oyunlardan sonra ilkin mərhələdə bir neçə hoteldə, tədricən isə bütün hotellərdə milli mətbəx brendi (Azerbaijan breakfast) təqdim edəcək: “Bu, Azərbaycan mətbəxinin qaydalarına uyğun hazırlanacaq. Ailə-məişət, gündəlik həyatımızı əks etdirməklə yanaşı, mətbəximizin ən dəyərli ənənələrini qorumaqla yeni, müasir şəkildə təqdim edəcəyik”.
Ə.Qarayev hotellərin bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəklərinə ümid edir.