İqtisadiyyat

Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibətilə poçt markası nəşr etdirib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 20 qəpik təşkil edir.


Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərində pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.