Sosial
Azərbaycanda ruhi-xəstə itkin düşüb
Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanda ruhi-xəstə itkin düşüb.
"Report"un məlumatına görə, Masallı rayonunun Xıl kənd sakini Fərzəliyev Mais Adışirin oğlu aprelin 18-də saat 11:00 radələrində Bakıya getmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu şəxs barəsində məlumatı olanlardan yaxınlıqdakı polis idarə, şöbə va ya bölmələrinə məlumat vermələri xahiş olunur.