Sosial
Azərbaycanda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb
Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb.
"Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10.000 ABŞ dolları, 10.000 manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlayan Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulublar.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.