Sosial

Azərbaycanda mobil rabitə operatorlarından birinə məxsus 50 ədəd akkumulyator oğurlanıb

Metbuat.az

"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlayan Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.


Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.