Sosial

Azərbaycanda ilk dəfə Azərbycan-Türkiyə Onkoloji günləri keçiriləcək

Metbuat.az

Onkologiyanın aktual problemlərinə həsr olunan konfrans günlərində Bakıya digər türkdilli ölkələr də daxil olmaqla 300-ə yaxın nüfuzlu tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi, səhiyyənin müxtəlif aktual problemləri, onkologiyanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparacaqlar.


Beynəlxalq konfransda ilk dəfə olaraq Türkdilli ölkələrin Onkoloji dərnəyinin yaradılacağı nəzərdə tutulub.