Sosial

Azərbaycanda iki baş həkim cəzalandırılıb

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda iki baş həkim cəzalandırılıb. "Report"un xəbərinə görə, bu barədə

Hesablama Palatası

nın 2014-cü il üzrə hesabatında bildirilib.


Belə ki,

Səhiyyə Nazirliyi

tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzəfədən azad edilib, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi Tədqiqat Mamalıq və Ginekolgiya İnstitutunun direktoruna xəbərdarlıq edilib.


Qeyd edək ki, hesabat

Milli Məclis

in aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutlub.