İqtisadiyyat

Azərbaycanda I rübdə 4 minə yaxın mobil nömrə daşınıb

Metbuat.az

[ 21 Aprel 2015 17:09 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Mobil nömrə daşınması xidməti üzrə cari ilin birinci rübündə 3 786 ədəd mobil nömrə daşınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, mobil cihazların qeydiyyat sistemində isə 201 mindən çox mobil cihaz qeydiyyata alınıb.

Bu dövr ərzində müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 78 ədəd, müxtəlif tipli telekommuni­kasiya vasitələri və qurğularına 335 ədəd "Uyğunluq sertifikatı" verilib.

Rüb ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 1 dövlət informasiya ehtiyatı və 6 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb və nəticədə qeydiyyata alınan informasiya ehtiyatlarının sayı 79-a, informasiya sistemlərinin sayı isə 159-a çatıb.