Sosial
Azərbaycanda hansı universitetlər lisenziya alıb? - ADLAR
“İstək” və “Kaspi ” liseyləri 2014-2015-ci tədris ilində lisenziya verilmiş özəl ümumi təhsil müəssisələridir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Lisenziya verilmiş əlavə təhsil müəssisələrinin də sayı açıqlanıb. Belə ki 2014-2015-ci tədris ilində aşağıdakı əlavə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə lisenziya verilib.
2014-2015-ci tədris ilində lisenziya müddəti uzadılan özəl ali təhsil müəssisələrə gəlincə, nazirlikdən bildirilib ki, bunlar Qafqaz Universiteti, eləcə də Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetidir.