Azərbaycanda ev təsərrüfatlarında ən çox hansı məhsul istehsal olunur? - SİYAHI
Azərbaycanda ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar açıqlanıb. Bu barədə
Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ilin oktyabr-noyabr aylarında Komitə tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirimlişdi.
Müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58,0 faiz) şəhər, 4020-si (42,0 faiz) isə kənd yaşayış məntəqələrini əhatə edib.
İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar:
- emal edilmiş süd – 418,5 min ton;
- təzə çörək – 392,1 min ton;
- ət istehsalı (quş əti daxil olmaqla) – 137,6 min ton;
- süd məhsulları – 102,5 min ton;
- meyvə və tərəvəz konservləri – 43,4 min ton;
- kompot – 40,9 min ton;
- mürəbbə və cem – 32,5 min ton;
- tort, pirojnalar və digər şirniyyat məmulatları – 28,8 min ton;
- meyvə və üzümdən alınan spirt – 94,1 min dekalitr;
- şərab – 59,5 min dekalitr;
- xalça və xalça məmulatları – 1,0 min kv.metr.
Milli.Az