Sosial

Azərbaycanda dörd nəfər zəhərlənib

Metbuat.az

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda dörd nəfər zəhərlənib.


"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Sevilcan Güllərova, Kifayət Rəsulova və Salyan şəhər sakini Züleyxa Hacıyeva Şirvan şəhərində kirayədə yaşadıqları evdən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Gəncə şəhərində yaşayan Aysel Ələkbərova isə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Qeyd olunan hadisələrlə bağlı araşdırma aparılır.