Sosial

Azərbaycanda daha bir neçə rayonun sakinləri şəxsiyyət vəsiqələri ilə təmin edilib

Metbuat.az

Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500, həmçinin Qazax rayonunun Daş Salahlı kəndində baş tutmuş anoloji tədbir zamanı isə 175 nəfərin müvafiq sənədləri qəbul edilib.


Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.


Qeyd edək ki, səyyar xidmət Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutub.