Azərbaycanda 10 yaşlı uşağın ayaq barmaqları qopdu (VİDEO)
Sosial şəbəkələrdə yayılan bilgiyə əsasən 10 yaşlı oğlan rayonların birində valideynləri tərəfindən çölə atılıb. Uşaq soyuq qış aylarını küçələrdə qarın üzərind keçirdiyindən onun barmaqları amputasiya edilib. Buna görə də azyaşlı Bakıda yerləşən 5 saylı şəhər klinik xəstəxanasına gətirilib.
Xəstəxanın şöbə müdiri Şöhrət Məmmədov bildirdi ki, 2005-ci ildə Beyləqəan rayonun, 1-ci Şahsevən kəndində doğulan İvanişin Mixalil Andrey oğlu bu ilin fevral ayında xəstəxanaya ağır vəziyyətdə gətirilib. Onun ayaq barmaqları donmvurmadan öz-özünə amputasiya olunub. Hazırda isə uşağ əməliyyata hazırlanır:
“Hazırda xəstənin vəziyyəti ağır, satabil olaraq qalır. Müalicə və müayinə işləri isə davam etdirlir. Hər iki ayağında III və IV dərəcələri donvurma halı qeydə alınıb. Artıq uşağ əməliyyata hazırlanır. Tezliklə uşaq sağalacaq”.
Bundan başqa həkim onuda dedi ki, azyaşlının valideynləri cəmi bir dəfə xəstəxanaya gəlib, özü də hər ikisi sərxoş halda olub. Amma uşğın aparılmasına valideynləri tərəfindən səy göstərməyib.
“Uşağın anası xəstəxanaya iki, atası isə bir dəfə gəlib. Valideyinlər buna çox səhlənkar yanaşırlar. Onlar uşağın yanına da bir neçə dəqiqə oturub sonra da çıxıb gediblər. Bu cür valideynlərə uşaq vermək düzgün deyil. Onlar uşağı aparmaq istəmədikləri kimi, uşaq da onlarla getmək istəmir”, – deyə Şöhrət Məmmədov qeyd edib.
Məlum oldu ki, valideynləri tərəfindən naməlum səbəbdən atılan Mixayıl 6 gün qarın üzərində gecələməli olub. Və bu müddətdə kimsəsiz qalan azyaşlı oğlan fiziki zorakılğa da məruz qalıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları da məsələyə qarışmalı olub. Buna görədə polis əməkdaşları bu hadisənin səbəblərinin araşdrmağa başlayıb.
Artıq xəstəxana rəhbərliyi uşağı valideynlərə təhvil verilməsini düzgün saymır. Uşağın dövlətin himayəsinə verilməsi istiqamətində işlər aparılacaq. Buna görə də Mixayıl ayaq barmaqlarını itirsə də, yalnız dövlətin himayəsi altında öz ayaqları üzərində dayana biləcək.
ANS-TV-Nurlan Rafiqoğlu