Sosial
Milli.Az
Azərbaycana qar yağır - FOTO
Aprelin 11-dən başlayaraq Quba, Qusar rayonlarının ərazisinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən çox yağıntı Qubanın Nohurdüzü, Qonaqkənd, Qrız, Xınalıq, Qusarın Kuzun və Ləzə kəndlərinə düşüb. Dağlıq ərazilərdə qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Hazırda Qusar şəhərinə də qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin aprelin 14-dək davam edəcəyi bildirilib.
Milli.Az