Sosial

Azərbaycana qar yağacaq

Metbuat.az
Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

Trend

-ə verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq.



Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.



Aprelin 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.



Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.



Milli.Az