Sosial

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb

Metbuat.az

[ 03 Aprel 2015 17:44 ]



Bakı. Ağa Cəfərli - APA. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada 2 mart-2 aprel tarixlərində keçirilən “TURAZ Şahini-2015” hərbi təlimi başa çatıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrindən 6 təyyarə, 4 helikopter və 104 nəfər iştirak edib.

Türkiyə isə təlimlərə 6 təyyarə və 7 helikopterlə qatılıb.

Təlimlər zamanı müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlar yerinə yetirilib, uçuş bacarığı və vərdişləri daha da inkişaf etdirilib.