Mədəniyyət

Azərbaycan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb

Metbuat.az

Bakı. 11 aprel. REPORT.AZ/

Mədəniyyət və Turizm nazirliyi

nin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb.


"Report" xəbər verir ki, reklam çarxlarının hazırlanmasında məqsəd- Azərbaycan regionlarının tanıdılması, ölkə daxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionları təbliğ etməkdir.


Reklam çarxları ölkəmizi tanımaq və ölkəmizin bölgələrinə səfər etmək şüarı ilə hazırlanıb.


Qeyd edək ki, bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib