Mədəniyyət

​Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi müəyyən edilib

Metbuat.az

Bakı. 8 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.


"Report"un məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilib:


Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti


Komissiyanın üzvləri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri


Ramiz Mehdiyev

– Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini


Akif Əli Zadə – Azərbaycan

Milli Elmlər Akademiyası

nın prezidenti


Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti


Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri


Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri


Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri


Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri


Kamal Abdullayev

– Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri


Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri


Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti


Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


Anar Rzayev

– Azərbaycan Yazıçılar Birliyinin sədri


Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri


Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri


Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri


Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri


Tahir Salahov – Xalq Rəssamı


Arif Məlikov –Xalq Artisti


Ömər Eldarov – Xalq Rəssamı


Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti


Fərmana əsasən, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilib.


Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.