İqtisadiyyat
Azərbaycan Respublikası Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü kimi təsdiqlənib
Bakı, 15 aprel,
AZƏRTACAzərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 2015-ci il aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Azərbaycan Respublikası 2015-ci il martın 31-də Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.