Sosial
Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasınn
Daxili İşlər Nazirliyiilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
Qurumdan “Report”a verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb.
Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hər hansı müraciət edilməyib.
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin, əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.