Mədəniyyət

Azərbaycan İstiqlal Muzeyində Çanaqqala qələbəsinin 100 illiyinə həsr edilmiş sərgi nümayiş olunacaq

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Aprelin 14-də İstiqlal Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Döyüşdən sülhə” adlı fotosərgi nümayiş olunacaq.


Muzeydən

AZƏRTAC

-a bildirilib ki, sərgidə Çanaqqala zəfərini əks etdirən 60-dan çox fotoşəkil nümayiş olunacaq.


Çanaqqala döyüşü ötən əsrin ən böyük döyüşlərindən biridir. 250000 türk əsgərin şəhid olduğu bu döyüşün nəticəsində düşmən donanmaları ağır itkilər verərək geri çəkiliblər. Çanaqqala savaşında minlərlə Azərbaycanlı döyüşüb və həlak olub. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 18 mart Çanaqqala şəhidlərini anma günü elan edilib.