Mədəniyyət

Azərbaycan Həştərxanda Xəzər moda həftəsində iştirak edəcək

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Aprelin 20-dən 27-dək Həştərxanda birinci Xəzər moda həftəsi keçiriləcək. Moda həftəsinə Azərbaycan, Almaniya, Gürcüstan, Qazaxıstan, Türkmənistan dizaynerləri, habelə “Mercedes-Benz Fashion Week Russia”nın, Moskvada və Sankt-Peterburqdakı moda həftələrinin və Avropa nümayişlərinin iştirakçıları qatılacaq.


AZƏRTAC

Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Xəzər moda həftəsi təkcə yeni kolleksiyaların nümayişi deyil, həm də dizayner, istehsalçı və satıcı arasında işgüzar əlaqələrin qurulması baxımında olduqca əhəmiyyətlidir.


Nümayişlər aprelin 22-dən 26-dək saat 18:00-dan 21:00-dək Həştərxan Kremlinin xüsusi təchiz edilmiş çadırında keçiriləcək. Moda həftəsində qadın, kişi və uşaq kolleksiyalarından ibarət təqribən 30 təqdimat nəzərdə tutulub.


Burada gözəllik, istirahət zonalari və şou-rumlar fəaliyyət göstərəcək. Şou-rumlarda bəyənilən paltarları geyinib baxmaq və almaq mümkün olacaq.


Xəzər moda həftəsi Həştərxan vilayəti hökumətinin dəstəyi və vilayətin İqtisadi İnkişaf Nazirliyinin hamiliyi ilə keçiriləcək. Həştərxan Vilayətinin Gənclərin İşləri üzrə Agentliyi, Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi, vilayət Duması, Həştərxan şəhərinin Administrasiyası tədbirin tərəfdaşları qısmində çıxış edəcəklər.