Mədəniyyət
Azərbaycan 68-ci Beynəlxalq Kann kinofestivalında iştirak edəcək
Bakı, 20 aprel
AZƏRTACMayın 13-dən 24-dək keçiriləcək 68-ci Beynəlxalq Kann Kinofestivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunacaq.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, dünyanın ən mötəbər kino tədbirindən olan bu festivalda artıq beşinci dəfə Azərbaycan pavilyonu qurulacaq. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.
Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə təqdim olunacaq.