Sosial

Axşama doğru yağış yağacaq

Metbuat.az

Aprelin 10-da

Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru isə yağış yağacağı ehtimalı var.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

AZƏRTAC

-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoza görə aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.



Naxçıvan Muxtar Respublikasında

arabir yağış yağacağı gözlənilir. Güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.



Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.



Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.



Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

axşama doğru yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.



Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.



Milli.Az