Sosial

Avtovağzalda son durum - FOTO

Metbuat.az

"Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal dairəsində hazırda kommunikasiya xətlərinin - yerin alt hissəsindəki rabitə və qaz xətlərinin köçürülməsi işləri aparılır".



Bunu

Trend

-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev

deyib.



Onun sözlərinə görə, nəqliyyatın normal hərəkətini təmin etmək məqsədilə dairə 34 m-dən 22-yə qədər kiçildilir: “Orada səki daşlarının düzülməsi, həmin ərazidə ayırıcı zolağın salınması istiqamətində işlər gedir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra həmin ərazidə nəqliyyat sıxlığı nisbətən aradan qaldırılacaq”.



Qeyd edək ki, I Avropa Oyunları zamanı stend atıcılığı üzrə yarışlar məhz bu istiqamətdə yerləşən Stend Atıcılığı İdman Kompleksində keçiriləcək.



Milli.Az

Böyütmək üçün şəkillər klikləyin.