Mədəniyyət

Arxaya baxsan, nağıl bitəcək... - VİDEO

Metbuat.az
Tezliklə azərbaycanlı tamaşaçılara yeni, "Arzuların ardınca" adlı film təqdim olunacaq.
Milli.Az

bildirir ki, mayda ekranlara çıxacaq film üçün əməkdar artist

Sevda Ələkbərzadə

xüsusi klip çəkdirib.



Melodrama janrında lentə alınmış "Arzuların ardınca" filmi baş qəhrəman Kamilin həyatının son aylarından bəhs edir. Ömür boyu tənha yaşayan və həyatda sevginin nə olduğunu bilməyən Kamil üçün yeganə məşğuliyyət onun işidir. Xəstəxanada qoyulan xərçəng diaqnozu ilə hər şeyin bitdiyini zənn edən Kamilin ağlına belə gəlməzdi ki, onun yaşayacağı son aylar, artıq yaşadığı 30 ildən qiymətli olacaq. Xəstəxanada Arzu ilə tanış olan Kamil bu günə kimi sevgiyə bənzətdiyi bütün hisslərinin yalan olduğunu anlayır. İlk görüşdən Kamil başa düşür ki, Arzu onun ağacındakı son yarpağıdır. Amma onları birləşdirən tək hisslər deyil. Həm Kamilin, həm də Arzunun həyatda çoxlu arzuları var. Onlar xəstəliyi unudub sadəcə yaşamağa, hiss etməyə, xoşbəxt olmağa çalışırlar. Arzu Kamilin itirdiyi keçmişi tapır. Kamil isə ona arzuladığı gələcəyi göstərir. İndi onların ortaq bir arzusu var, xərçəngdən daha böyük...



Filmin rəsmi informasiya dəstəkçiləri Publika.Az, Day.Az, Milli.Az, Trend.Az, Friday.Az və “İntibah” jurnalıdır.



“Romantik” mağazalar şəbəkəsinə təşəkkürümüzü bildiririk.



Ekran əsəri may ayının 14-dən etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək. Media nümayəndələri filmlə bağlı daha ətraflı məlumatı rəsmi Facebook səhifəmizdən öyrənə bilərlər.



***


Quruluşçu rejissor - Ramil Ağasiyev


Rollada - Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn, Flora Hüseynova


Ssenari - Mehman Rəsulov


Operator - Şahmar Səfəroğlu


Quruluşçu rəssam - Elgün Vəliyev


Qrim - Natalya Oleqovna


Prodüserlər - Asif Rəhimov, Rauf Ağasıyev


Səs rejissoru - Fuad Allahverdiyev


Rəng korreksiyası - Nicat Zeynallı


Montaj - Nicat Qaibov