Sosial

Arif Alışanovdan şok təyinat: 3 kanala 1 baş direktor

Metbuat.az
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam edir

“İdman Azərbaycan” kanalının keçmiş baş direktoru

Elsevər Dünyamalıyev

in səlahiyyətləri artırılıb.



Aznews.az

xəbər verir ki, bu haqda məlumatı AzTV-də olan mənbə bildirib.



AzTV-nin sədri

Arif Alışanov

Elsevər Dünyamalıyevin səlahiyyətlərinin artırılması ilə bağlı əmr verib. Əmrə əsasən, E.Dünyamalıyev aprelin 7-dən etibarən AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor vəzifəsində çalışacaq.



Məlumata görə, E.Dünyamalıyevin iş funksiyasına hər üç kanalın bütün texniki heyəti və iş qrafikinə nəzarət, verilişlərin keyfiyyəti və qonorarların verilməsi daxildir.



Bundan başqa, A.Alışanov tanınmış şair

Hüseyn Kürdoğlu

nun Azərbaycan televiziyasında proqram direktoru vəzifəsində çalışan oğlu

İlham Alışanov

un səlahiyyətlərinin də bir hissəsini onun əlindən alaraq E.Dünyamalıyevə həvalə edib.



Mənbə bildirib ki, Alışanovun bu təyinatı AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayevin öz komandası ilə birlikdə işdən çıxması ilə nəticələnib.



Xatırladaq ki, AzTV-nin 4 əməkdaşı - kanalın bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi

Etibar Babayev

, tanınmış rejissor

Elnur Məmmədov

, "Səhər” musiqili informasiya proqramının baş rejissoru

Rəsul Ələkbərov

və montajçı

Feyzulla

öz ərizələri ilə işdən çıxıb.



Milli.Az