Şou

Aparıcı Vüsalə yenidən ailə qurmaq xəbərindən danışdı: "Real namizəd yoxdur"

Metbuat.az

APA TV-nin “Səhər zəngi” verilişinin aparıcısı Vüsalə Əlizadə şəxsi həyatı barəsində gəzən söz-söhbətlərə aydınlıq gətirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, onun ötən gün şəxsi həyatı ilə bağlı verdiyi açıqlamaları səhv anlayanlar olub: “Media ilə görüşümdə çox maraqlı və səmimi söhbətimiz oldu. Bildim ki, verdiyim açıqlama səs-küyə səbəb olacaq. Amma hər zaman dürüst və səmimi insan olduğuma görə, mənə ünvanlanan suallara da səmimi cavab verirəm. Jurnalistin mənə ünvanladığı “Ailə qurmaq təklifi alırsınızmı?” sualına, - “Bəli, çox olur. Amma hələ ki, ailə qurmaq barədə düşünmürəm”, - cavabını vermişəm. Yəni ki, nə ərə gedən var, nə də ki, real namizəd. Amma qismət. Allah bilən məsləhətdir”.

Qeyd edək ki, V.Əlizadə ötən gün şəxsi həyatı ilə bağlı açıqlamasında bu sözləri demişdi: “Hər bir qadına ailə lazımdır. Mənə də evlilik təklifi edən insanlar çoxdur. Onlar arasında sənət adamları da var. Hətta tanınmış bir müğənnidən evlilik təklifi almışam. Ailə mövzusu ciddidir. Müəyyən səhvlərə yol verməmək üçün düşünməliyəm. İkinci dəfə ailə qurmağa normal baxıram. Yenidən nikaha oturmağımı isə zaman göstərəcək”.