Şou

Aparıcı Mətanətdən sonra Gülyanaq və Gülyaza kim zövqsüz dedi? - QALMAQAL

Metbuat.az

Azərbaycanlı stilist Pərviz Mirzəyev xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovanın bostanına daş atıb. Lent.az-a açıqlama verən stilist deyib ki, hər iki xalq artistinin geyimləri çox zövqsüzdür: “Bu günə kimi şou-biznesdə bir çox müğənnilərlə iş birliyim olub. Kimlər zöqsüzdürsə, adlarını hər zaman çəkinmədən açıqlamışam. Qarşı tərəflər isə inciyib, barəmdə xoş olmayan söz işlədiblər. Məsələn xalq artisti Brilliant Dadaşovanın geyimləri ilə saç düzümünün uyğun gəlmədiyini demişdim. İndi o mənə zəng eləməlidir ki, niyə adını çəkmişəm? Bu mənim subyektiv fikrimdir. Məndən inciməsinlər Gülyanaq və Gülyaz bacıları zövqsüzdür. Onların geyimi mənim xoşuma gəlmir. Hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Əgər bir müğənni stilistin rəyinə hörmətlə yanaşmırsa, günahı özündə axtarmalıdır. Ümumiyyətlə şou aləmində zövqsüz müğənnilər çoxdur”.

Xatırladaq ki, bir müddət öncə aparıcı Mətanət Əlverdiyeva da xalq artistləri Gülyanaq və Gülyaz bacılarının zövqsüz olduğunu iddia etmişdi: “Müğənnilərimizin əksəriyyəti stilistlə işləmir. Deyirlər ki, mənim öz zövqümə nə gəlib ki? Bu sözü deyənlərin geyimi bərbaddır. Mən ad çəkəcəm. Məsələn, iki bacı var, illərdir oxuyurlar. Özlərinə hörmət edirəm, amma zövqsüzdürlər. Söhbət Gülyaz və Gülyanaqdan gedir. Ad çəkməkdən qorxmuram”.

Qeyd edək ki, stilist P.Mirzəyev bundan öncəki açıqlamasında əməkdar artistlər Nüşabə Ələsgərli, Alamaz Ələsgərli və müğənni  Rühəngiz Musavini də zövqsüz adlandırmışdı.