Mədəniyyət
Ankarada doktor Cavad Heyətin 90 illiyinə həsr olunan konfrans keçiriləcək
"Report" xəbər verir ki, bu haqda tədbirin təşkilatçıları məlumat yayıb.
Xəbərə görə, Ankara Universitetinin Çağdaş Türk ləhcələri və Ədəbiyyatı bölümünün hər il keçirdiyi "Türkcənin varlığı üçün Türkologiya günü" toplantısı türk dünyasının tanınnmış elm və ictimai xadimi doktor Cavad Heyətə həsr ediləcək.
Məlumatda bildirilib ki, toplantı bu il mayın 5-də Ankara Universitetinin Dil və tarix- coğrafiya fakültəsində, Fərabi salonunda olacaq.