AMEA magistratura səviyyəsinə ixtisaslaşma seçimi cədvəlini acıqladı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə Akademiyanın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi cədvəlini acıqlayıb.
Akademiyadan
Trend-ə verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.
AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbılu yalnız dövlət sifarişi əsasında aparılır.
Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.
Milli.Az