Sosial

AMEA-da yeni kadr təyinatları olub

Metbuat.az

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilib.



Akademiyadan

Trend

-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında fizika üzrə elmlər doktoru

Oqtay Qasımov

un Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilməsi haqqında qərar qəbul edilib.



Bundan əlavə,

Aygün Arifli

AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Digər bir qərarla

Rzaqulu Hacıyev

AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.



Milli.Az