Şou
Almaz yalan danışdı: "Sevgilim olduğunu şou xatirinə demişəm"
Əməkdar artist Almaz Ələsgərli yalan danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin” verilişinə açıqlamasında bir müddət əvvəl sevgilisi olması ilə bağlı dediyi xəbərin yalan olduğunu bildirib:
“Heç kimim yoxdur. Sevgilim olduğunu şou xatirinə demişəm. Suallar verdilər, mən də o cür cavablandırdım. O haqda heç fikirləşmirəm. İki böyük qızım var. Dərdim ancaq onlar və sənətimdir. Hərdən gedirəm İsveçrədə yaşayan qızımın yanına, başım qarışır. Mən onları ayağa durğuzmalı, sənət verməli, yerbəyer etməliyəm. Həyat o qədər qısadır ki, rahat köçmək üçün hər şeyi yoluna qoymalıyam".