Dünya

Almaniyada “Street art” festivalı keçirilir

Metbuat.az

Bakı, 21 Aprel,

AZƏRTAC

Almaniyanın Saarland əyalətində yerləşən Völkingen şəhərində küçə incəsənətinə (street art) həsr edilmiş “UrbanArt Biennale-2015” festivalı keçirilir.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, rəsm əsərlərdən ibarət olan sərgi XIX əsrin ikinci yarısında tikilmiş Metallurgiya kombinatının divarlarında əks olunub. Fəaliyyəti 1986-cı ildə dayandırılan bu kombinat nadir memarlıq abidəsi kimi 1994-cü ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.


Festivalda 23 ölkədən 81-ə yaxın rəssam iştirak edir. Rəsm əsərləri aerozol boyalarla çəkilib. Bu rəsmlər, həmçinin bir çox aparıcı muzeylərin sərgi salonlarında da nümayiş etdirilir.


Sərgi noyabradək davam edəcək.