Sosial

Allahşükür Paşazadə Vatikanla əlaqələri genişləndirir

Metbuat.az

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam

Allahşükür Paşazadə

Vatikanın Cənubi Qafqaz üzrə elçisi

Nunsi Marek Solçinski

ni qəbul edib.



QMİ-nin mətbuat xidmətindən

Trend

-ə verilən mləumata görə, qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.



Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A.Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.



Nunsi M.Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.



Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.



Milli.Az