Sosial
Bu hadisəsədn sonra Əhzab surəsinin 33-cü ayəsi nazil oldu və adı çəkilən şəxslərin məsumluğu Allah tərəfindən təsdiq edildi. Həmin 5 nəfərə birlikdə “ali-əba” deyirlər; yəni əbanın altına alınanlar. “Əhli-kisa” və “ali-kisa” ifadəsi də bunun sinonimidir. Bu olayı təsvir edən hədis isə “kisa hədisi” adı ilə tanınır.
“Ali-kisa” və “kisa hədisi” nə deməkdir?
Milli.Az islam.az-a istinadən bildirir ki, ərəb dilində “kisa” libas, köynək deməkdir. Səhih hədislərə əsasən, bir gün Həzrət Məhəmməd Peyğəmbər (ə) İmam Əlini, Fatiməni, Həsənlə Hüseyni (ə) öz əbasının altına alaraq, onların barəsində dua etmiş, onların hər cür nöqsandan uzaq olmasını Allahdan diləmişdir.

Milli.Az