İqtisadiyyat
Aktuari şəhadətnaməsinin verilməsi haqqında qərar qəbul edilib
Bakı, 11 aprel,
AZƏRTACMaliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti sığorta aktuarisi kimi fəaliyyət göstərmək istəyən 27 fiziki şəxsə beş il müddətinə şəhadətnamə verilməsi barədə qərar qəbul edib.
Dövlət Sığorta Nəzarəti Xidmətindən
AZƏRTAC-a bildiriblər ki, həmin fiziki şəxslər aktuari şəhadətnaməsini almaq üçün bu il martın 30-da attestasiya imtahanlarını müvəffəqiyyətlə veriblər.