Mədəniyyət
Aktivist rəssamların sərgisi keçiriləcək
Bakı, 18 aprel,
AZƏRTACAprelin 23-dən 28-dək “Art Galery” sərgi salonunda Beynəlxalq Aktivist Sənətçilər Birliyi Azərbaycan təmsilçiliyi sərgi keçirəcək.
Birlikdən
AZƏRTAC-a bildiriblər ki, yeni açılmış qalereyada tanınmış rəssam Naqiyə Rzayevanın rəsm əsərlərindən ibarət sərgi açılacaq. Bu, təmsilçiliyin qalereyasında keçirilən ilk sərgi olacaq. Gələcəkdə bir neçə belə sərginin təşkili gözlənilir.
Mayın əvvəlində birliyin daha bir üzvü, aktivist rəssam Afaq Həbibi və yetirmələrinin əl işlərindən ibarət sərginin də keçirilməsi nəzərdə tutulub.