Ölkə
Ağstafada əsas kapitala yönəldilən investisiyanın həcmi 3,5 dəfə artıb
Ağstafa, 22 aprel,
AZƏRTACCari ilin birinci rübündə Ağstafada əsas kapitala yönəldilən investisiyaların həcmi 4494,9 min manat olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Bu müddətdə tikinti-quraşdırma işlərinin həcmi 3 dəfə artmaqla 3876,5 min manat təşkil edib.
Rayon statistika idarəsindən
AZƏRTAC-a bildiriblər ki, ötən üç ayda tikinti müəssisələrinə 1570,4 min manatlıq investisiya yönəldilib. Aparılan tikinti-quraşdırma işlərinin həcmi isə 1523,4 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.