Ölkə

Ağdaşda heyvandarlığın inkişafı üçün suni mayalama metodundan geniş istifadə edilir

Metbuat.az

Ağdaş, 3 aprel,

AZƏRTAC

Son illər Ağdaşda tətbiq edilən süni mayalama tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına təkan verib.


Rayon icra hakimiyyətinin aqrar şöbəsindən

AZƏRTAC

-a bildiriblər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Ağdaşda 16 süni mayalama məntəqəsi yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri bu ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 baş çox olmaqla, 926 baş iri buynuzlu heyvanı süni yolla mayalandırıblar. Süni mayalanmış inək, düyə və camışlardan yanvar-fevral-mart aylarında 421 baş sağlam bala alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 baş çoxdur.


Xatırladaq ki, 2014-cü ildə Ağdaşda 2117 baş heyvan süni mayalandırılıb və 1218 baş sağlam bala əldə edilib.


Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Görülən tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir. Süni mayalama texnikləri vətəndaşalara əvvəlcə kataloq vasitəsilə seçim etməyə şərait yaradırlar. Süni mayalanma metodundan istifadə edən fermerlər ildən-ilə təsərrüfatlarındakı mal-qaranın daha sağlam və yoluxucu xəstəliklərə qarşı daha dözümlü olduğunu deyirlər.


Qeyd edək ki, hazırda rayonda 79 min 851 baş iri buynuzlu mal-qara bəslənilir.