Sosial

Ağcabədi və Bərdədə yanğın baş verib

Metbuat.az

Bakı. 5 aprel. REPORT.AZ/ Respublikanın iki rayonunda bu gecə yanğın hadisələri qeydə alınıb.


"Report"un

Fövqəladə Hallar Nazirliyi

nə (FHN) istinadən verdiyi məlumata görə, Ağcabədi rayonunun Kəbirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bərdə rayonunda isə Şatırlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.